<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>168</hymn_number>
<title>Sənin səsin məni təmizliyə səsləyir İL168</title>
<lyrics>[V1]
 Sənin səsin məni təmizliyə səsləyir,
 Çarmıxdan axan Qanınla yuyulmağa səsləyir.

[C1]
   Ey Xilaskarım, yanına gəlirəm,
   Məni çarmıxdan axan Qanınla yu, təmizlə.

[V2]
 Zəif və günahlı olsam da mən,
 Sənsən mənə qüvvət verən, günahdan azad edən.

[V3]
 Məhəbbətinlə məni Özünə çəkirsən,
 Həyatımı dəyişdirib, təzələyirsən.

[V4]
 Ürəyimə deyirsən: «Mənim övladımsan»,
 Müqəddəs Ruhunla məndə yaşayırsan.

[V5]
 Rəbbim, Sənə alqış,Sənin Qanına alqış!
 Göylər Atasına alqış,məhəbbətinə alqış!</lyrics>
</song>